Küveyt ABŞ-nin Əli əl-Salim aviabazasına atılan raketləri zərərsizləşdirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Küveytdəki Əli əl-Salim aviabazası bir neçə ballistik raket hücumuna məruz qalıb, raketlər Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki,bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saud Əbdüləziz əl-Otaybi açıqlama verib.
"Əli əl-Salim aviabazası bir neçə ballistik raket hücumuna məruz qalıb. Bu gün səhər Küveyt hava hücumundan müdafiə qüvvələri onları uğurla zərərsizləşdirilib, qalıqları bazanın yaxınlığına düşüb", - o qeyd edib.
*** 13:36
Regional gərginliyin artması fonunda qısa müddət əvvəl Bəhreyn, Küveyt və Əbu-Dabidə partlayış səsləri eşidilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə xəbərdarlıq sirenlərinin işə salındığını elan edib.
Bəhreyn Xəbər Agentliyinin məlumatına görə, ABŞ-nin Beşinci Donanmasının xidmət mərkəzi raket hücumuna məruz qalıb.
Küveyt mülki aviasiya orqanları da Küveyt hava məkanının təyyarələr və sərnişin daşımaları üçün müvəqqəti olaraq bağlandığını elan edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...