BƏƏ İranın 10 raketini və 4 dronunu ələ keçirib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gün İran tərəfindən buraxılan 10 ballistik raket və 45 dronu ələ keçirib.
BAKU.WS "The Times od Israel"ə istinadən xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
BƏƏ Müdafiə Nazirliyi onu da bildirib ki, ABŞ-İsrail müharibəsi fevralın 28-də başlayandan bəri ümumilikdə İranın 314 ballistik raket, 15 qanadlı raket və 1672 dron ələ keçirilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini bəyan edib. Daha sonra ABŞ Prezidenti Donald Trump Vaşinqtonun da əməliyyatda iştirak etdiyini açıqlayıb.
Rəsmi Tehran isə cavab olaraq İsrail ərazisinə saysız-hesabsız ballistik raket atıb.
Bununla yanaşı, İran ABŞ hərbi bazalarının yerləşdiyi bir sıra qonşu ölkələrə də raket zərbələri endirib. Təhlükəsizlik səbəbilə həmin ölkələrdə hava məkanı müvəqqəti olaraq bağlanıb.
Oxşar xəbərlər
Hakerlər süni intellekt müdafiəsi əleyhinə nüvə silahının hazırlanmasına dair sorğulardan istifadə edirlər
"Socket" şirkətinin kibertəhlükəsizlik sahəsindəki tədqiqatçıları proqram təminatı təchizat zənciri vasitəsilə hücumlar üçün nəzərdə tutulmuş yeni "Hades" zərər...