AZAL təyyarəsinin qəzasında həlak olan 3 Rusiya vətəndaşının şəxsiyyəti müəyyən edilib

AZAL təyyarəsinin qəzasında həlak olan 3 Rusiya vətəndaşının şəxsiyyəti müəyyən edilib
Dünya 165

Qazaxıstanın qərbində AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 3 Rusiya vətəndaşının cəsədi müəyyən edilib.

BAKU.WS xəbər verir ki, RİA Novosti bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Dördü Azərbaycan vətəndaşı və üçü isə Qazaxıstanlı olmaqla ümumilikdə 10 qurbanın şəxsiyyəti müəyyən edilib.

Xatırladaq ki, AZAL-a məxsus "Embraer 190" təyyarəsi dekabrın 25-də Aktau şəhərindən 3 kilometr aralıda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Təyyarə qəzasında 38 nəfər ölüb, daha 29 nəfər sağ qalıb və tibb müəssisələrinə yerləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər