Avropada son 500 ilin ən isti günləri yaşanır - 44°

Avropada son 500 ilin ən isti günləri yaşanır - 44°
Dünya 27

Hazırda Avropa son illərin ən dəhşətli istilərindən biri ilə mübarizə aparır.

BAKU.WS xəbər verir ki, temperaturun bəzi ölkələrdə rekord həddə çatması, qitədə həyəcan siqnallarının ard-arda verilməsinə səbəb olub.

Artıq meteoroloqlar bu anomal vəziyyəti "son 500 ilin ən güclü istilik dalğası" adlandırmağa başlayıblar.

Qitənin dörd bir tərəfində termometrlər kritik həddi keçib.

Fransanın bir çox bölgəsində temperatur 40 dərəcəni aşıb. Cənub-qərbdəki Pissos bölgəsində isə rekord göstərici - 42,2 dərəcə isti qeydə alınıb.

İspaniyada ilin ilk rəsmi istilik dalğası elan olunub. Bəzi şəhərlərdə temperaturun 44 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Böyük Britaniya və Uelsdə narıncı xəbərdarlıq edilib.

Havanın 38 dərəcəyə yüksəlməsi və gecələr belə temperaturun aşağı düşməməsi səbəbindən "tropik gecə" rejiminin yaşanacağı bildirilir.

Belçika və İsveçrədə tarix boyu görünməmiş isti temperatur gözlənilir; hətta istidən dəmir yolu xətlərinin deformasiyaya uğramaq riski yarandığı üçün bəzi qatar səfərləri ləğv edilib.

İsveçrədə isə 37 dərəcəlik istiyə görə "şiddətli dalğa" xəbərdarlığı edilib.

Xorvatiya, Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Şimali Makedoniyada yüksək səviyyəli hazırlıq vəziyyətinə keçilib.

Avropadakı bu dəhşətli istilərin səbəbini mütəxəssislər "İstilik Qübbəsi" (Heat Dome) adlanan meteoroloji hadisə ilə izah edirlər.

"İstilik Qübbəsi" yüksək atmosfer təzyiqi müəyyən bir ərazinin üzərində dayandıqda, sanki bir qazan qapağı rolunu oynayır. Bu qapaq isti havanı aşağı sıxır, onun xaricə çıxmasının qarşısını alır və günəş şüalarının təsiri ilə havanı getdikcə daha çox qızdırır. Nəticədə intensiv, uzunmüddətli və boğucu istilik dalğası yaranır. Qlobal iqlim dəyişikliyi bu cür qübbələrin həm yaranma tezliyini, həm də müddətini artırır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər