Avropada ölümcül "ət yeyən" bakteriya yayılır
Yeniliklərdən dərhal xəbərdar olun
Avropada ölümcül infeksiyalara səbəb olan "Vibrio vulnificus" bakteriyasının yayılma riski artıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Metro" nəşri Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə (ECDC) istinadən məlumat yayıb.
Bildirilib ki, "ət yeyən bakteriya" kimi tanınan "Vibrio vulnificus" nekrotik fassiit adlanan ağır infeksiyaya səbəb olur. Xəstəlik toxumaların sürətlə məhvinə gətirib çıxarır və bəzi hallarda xəstənin həyatını xilas etmək üçün ətrafların amputasiyası zəruri olur. Bakteriya qana keçdikdə isə sepsis inkişaf etdirə bilər ki, bu da ölüm riski yaradır.
Mütəxəssislərin sözlərinə görə, bakteriya əsasən isti və duzluluq səviyyəsi aşağı olan çay mənsəblərində və laqunlarda daha sürətlə çoxalır.
Qeyd edilir ki, əvvəllər Aralıq dənizinin yüksək duzluluğu bu bakteriyanın yayılmasının qarşısını alırdı. Lakin iqlim dəyişikliyi nəticəsində suyun temperaturunun yüksəlməsi və duzluluğun azalması Vibrio vulnificus üçün daha əlverişli şərait formalaşdırır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...