Argentinada 7,5 bal gücündə ZƏLZƏLƏ - Sunami xəbərdarlığı edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Argentinada 7,5 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, yeraltı təkanlar Argentinanın cənubunda, Uşuayyadan 222 kilometr cənubda, Dreyk keçidində, UTC vaxtı ilə saat 13:00-a yaxın olub.
Zəlzələdən bir neçə dəqiqə sonra sunami xəbərdarlığı elan edilib, insanlar sahildən uzaqlaşmağa və daha yüksək yerə çatmağa çağırılıb.
ABŞ Sunami Xəbərdarlıq Sisteminin mesajında deyilir ki, "təhlükəli dalğalar" xəbərdarlığı zəlzələnin episentrindən 300 kilometr məsafədə yerləşən sahillər, o cümlədən Argentinanın cənubu və Çili üçün qüvvədədir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...