Apple "Telegram"ı müvəqqəti "App Store"dan sildi - Səbəb
"Apple" şirkəti "Telegram" tətbiqini qısa müddət ərzində dünya üzrə "App Store" platformasından silib.
BAKU.WS xəbər verir ki, şirkət qərarın tətbiqdə aparılan yoxlama zamanı uşaqların cinsi istismarı ilə bağlı qadağan olunmuş materialların aşkar edilməsi ilə əlaqədar verildiyini açıqlayıb.
Məlumata görə, yoxlamadan sonra "Telegram" müvəqqəti olaraq App Store-dan çıxarılıb. Daha sonra messencerin nümayəndələri tətbiqin yenidən mağazada əlçatan olduğunu təsdiqləyiblər.
"Apple" bildirib ki, tətbiq yalnız tərtibatçı tərəfindən aşkar edilən qadağan olunmuş məzmun operativ şəkildə silindikdən və həmin materialı paylaşan istifadəçi bloklandıqdan sonra yenidən bərpa edilib.
"Telegram" komandası isə hadisəyə sosial şəbəkədə ironik paylaşım edərək münasibət bildirib:
"Mənim ölümüm barədə yayılan xəbərlər xeyli şişirdilib".
Hazırda "Telegram" tətbiqi "App Store" üzərindən istifadəçilər üçün yenidən yüklənə bilir.
Oxşar xəbərlər
Ərdoğan ABŞ və İran arasındakı münaqişəni dayandırmağın yeganə yolunu açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiya Baş naziri Sanae Takaiçi ilə görüşündə İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolunun danışıqlar ol...