Aparıcıya canlı yayımda xərçəng diaqnozu qoyuldu

ABŞ-də bir dermatoloqla canlı yayım həyata keçirən teleaparıcıya dəri xərçəngi diaqnozu qoyulub.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə "Fox News" kanalında səhər proqramının aparıcısı Mayk Qerrik efirə dəvət etdiyi dermatoloq Coanna Uokerlə canlı yayımda söhbət edərkən baş verib.
Belə ki, dəri xərçənginin qarşısının alınması ilə bağlı söhbət zamanı mütəxəssis həmsöhbətin əlində kiçik ləkə görüb və onu daha yaxından araşdırmaq qərarına gəlib.
Qısa müayinədən sonra aparıcıya xəstəliyin ən çox yayılmış və yavaş inkişaf edən növü olan bazal hüceyrəli dəri xərçənginin "bütün əlamətlərinə" sahib olduğunu söylənib. Bu xəbər aparıcı üçün tamamilə sürpriz olsa da, həkim dərhal onu sakitləşdirərək bunun ən asan müalicə olunan xərçəng növlərindən biri olduğunu və şişin hələ də bədənin digər hissələrinə yayılmadığını vurğulayıb.
Qerrik eşitdiklərindən məəttəl qalıb və təəccüblə törəmənin tam olaraq necə çıxarılacağını soruşub. Ualker cərrahiyyə əməliyyatının tələb olunacağını izah edib.
Qeyd edilib ki, yaxın vaxtlarda şişin çıxarılması planlaşdırılır. Aparıcı vəziyyətə yumorla yanaşır və tezliklə normal həyata qayıdacağına əmindir.

Oxşar xəbərlər
Ermənistan ordusunun əsgəri ildırım vurması nəticəsində ölüb
Ermənistan ordusunun hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində ölüb. BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənist...
