Almatıda zəlzələ - Erkən xəbərdarlıq siqnalları işləmədi
Almatı vilayətində zəlzələ qeydə alınıb.
BAKU.WS-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Astana vaxtı ilə saat 10:01-də Almatı vilayəti və Almatı şəhəri ərazisində zəlzələ qeydə alınıb, tələfat və dağıntılar barədə məlumat yoxdur.
Zəlzələnin mənbəyi Almatıdan 33 km şərqdə, metropolisdə yeraltı təkanların gücü 3 bal olub.
Departamentin məlumatına görə, Talqar şəhərində (Almatıdan 20 km aralı) və Esik şəhərində yeraltı təkanların şiddəyi 4 bal olub.
Metropolda əvvəllər Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə quraşdırılan erkən xəbərdarlıq sistemi işləməyib.
Oxşar xəbərlər
Britaniyada yüksək rütbəli hərbçi evində qətlə yetirilib
Böyük Britaniya Silahlı Qüvvələrinin keçmiş yüksək vəzifəli hərbi qulluqçusu, 49 yaşlı Saymon Giri Lester şəhərində yerləşən evində ölü tapılıb. BAKU.WS xəbər...