Üç rayonda yeni peşə liseyləri TİKİLƏCƏK

Üç rayonda yeni peşə liseyləri TİKİLƏCƏK
Sosial 30

Göyçay və Kürdəmir Peşə Liseylərinin, həmçinin Balakən Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılır.

BAKU.WS-in məlumatına görə, bunun üçün 769 min manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Layihə çərçivəsində ilk mərhələdə təhsil müəssisələrinin yerləşəcəyi ərazilərdə topoqrafik planlama və mühəndis-geoloji axtarış işləri aparılacaq.

Daha sonra hər üç müəssisə üzrə baş plan, şəhərsalma əsaslandırılması, memarlıq-planlaşdırma və konstruksiya bölmələri hazırlanacaq. Eyni zamanda yeni təhsil obyektlərində rabitə və internet şəbəkələrinin qurulması üçün müvafiq layihələr də işlənəcək.

Yeni peşə təhsili müəssisələrinin yaradılması Göyçay, Kürdəmir və Balakən sakinlərinin peşə təhsilinə çıxış imkanlarını genişləndirə, gənclərin müasir şəraitdə ixtisas qazanmasına və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinə şərait yaradacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər