Almaniyanın keçmiş kansleri xəstəxanaya yerləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın keçmiş kansleri Gerhard Şröder psixofiziki vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə siyasətçinin vəkili məlumat yayıb.
Stuttgarter Zeitung xəbər verir ki, "Şröder tükənmişlik sindromundan müalicə aldığı klinikadadır".
Qeyd olunub ki, o, "Şimal axını" ilə bağlı dinləmələrdə iştirak edə bilməyəcək.
Həkimlər onun dərin yorğunluq, enerji çatışmazlığı, konsentrasiya və yaddaş problemləri olduğunu təsdiqləyiblər. Vəkil həmçinin Şröderin şəxsi həyatına hörmət etməyə çağırıb. Keçən ay keçmiş kansler "Şimal axını 2"nin tikintisinə dəstək verən fondun işi ilə bağlı araşdırmada iştirak etməmişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...