Almaniyada deputatı beretə görə Bundestaqdan qovdular
Sol Partiyasından olan deputat Marsel Bauer, qara beretini çıxarmaqdan imtina etdiyi üçün Almaniya Bundestaqının (parlamentin birpalatalı orqanı) iclas zalından çıxarılıb.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
33 yaşlı siyasətçinin baş geyimi, 53 yaşlı həmkarı və Bundestaq sədr müavini Andrea Lindxoltsu qəzəbləndirib. O, Bauerə bereti çıxarmağı tələb edib. Deputat imtina etdikdən sonra Lindxolts onun plenar iclasdan çıxarılmasına nail olub.
Bundestaqın geyim qaydalarına görə, baş geyiminə yalnız dini səbəblərdən və ya sağlamlıqla bağlı zərurət hallarında icazə verilir.
Bauerin zalı tərk etməsi, xristian-demokrat və xristian-sosialistlərdən ibarət "CDU/CSU" (Xristian Demokrat İttifaqı / Xristian Sosial İttifaqı) fraksiyasının deputatları tərəfindən alqışlarla qarşılanıb.
Oxşar xəbərlər
İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq etməyə hazırlaşır
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərdən rüsum tutulmasını nəzərdə tutan qanun layihəsinin müvafiq m...