Alkoqol ala bilməyən kişi mağazanı partlatmaqla hədələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində yerləşən Nadım şəhərində bir kişi gecə saatlarında ona alkoqol satılmadığı üçün mağazanı partlatmaqla hədələyib.
BAKU.WS ura.ru-ya istinadən xəbər verir ki, hadisə 23 aprel tarixində baş verib. Satıcı gecə alkoqol satmaqdan imtina etdikdən sonra o, səhər saatlarında yenidən həmin mağazaya qayıdıb. Spirtli içki qəbul etmiş vəziyyətdə mağazaya gələn kişi satıcılarla mübahisə edib. Təhlükəsizlik əməkdaşları onu çölə çıxarmağa məcbur olduqları zaman, o, binanı partladacağını bildirib.
Dərhal əraziyə polis əməkdaşları çağırılıb. Onlar mağazanı və ətrafı yoxlasalar da, heç bir partlayıcı qurğu aşkarlanmayıb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxs barəsində inzibati protokol tərtib olunub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...