Ali Yerlikayadan zəlzələ ilə bağlı İLK AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İstanbuldakı 6.2 bal gücündəki zəlzələ ilə bağlı ilk dəfə açıqlama verib.
BAKU.WS xəbər verir ki, nazir Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ ilə bağlı işlərə cəlb edildiyini qeyd edib:
"İstanbulda Mərmərə dənizində 6,2 bal gücündə zəlzələ baş verib. Ətrafdakı əyalətlərdən də hiss olunan zəlzələ ilə əlaqədar olaraq, AFAD və əlaqəli təşkilatların bütün komandalarını bu ərazilərə cəlb etmişik. Zəlzələdən təsirlənən vətəndaşlarımızdan keçmiş olsun demək istərdim. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun".
Xatırladaq ki, bu gün Türkiyədə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ 3,9 bal gücündə olub. Yerin 6,99 km dərinliyində yerləşib. Daha sonra İstanbulda 6, 2 maqnitudalı ikinci zəlzələ baş verib.
Zəlzələ 10 saniyə davam edib. Afterşoklar davam edir.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...