Aİ Ukraynaya 3,5 milyard avro maliyyə yardımı ayırmağa hazırlaşır

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya təxminən 3,5 milyard avro məbləğində maliyyə yardımının ayrılmasını təsdiqləyib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Aİ Şurasının yaydığı açıqlamada Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro maliyyə dəstəyi göstərilməsi planı çərçivəsində üçüncü tranşın üzv ölkələr tərəfindən təsdiq edildiyi bildirilib.
Ukraynanın bu vəsaiti almaq üçün tələb olunan şərtləri və islahatları yerinə yetirdiyi vurğulanıb.
Açıqlamada, Aİ-nin Ukraynanın makro-maliyyə sabitliyini, iqtisadi dirçəlişini və yenidənqurma prosesini dəstəkləyəcəyi qeyd edilib. Bu üçüncü tranşla birlikdə Ukraynanın, bir il əvvəl yaradılan Ukrayna Fondu çərçivəsində ümumilikdə təxminən 20 milyard avro aldığı bildirilib.
Eyni zamanda, Ukrayna Fondu vasitəsilə 2024-2027-ci illər üçün qrant və kreditlər şəklində 50 milyard avro həcmində sabit maliyyə dəstəyinin ayrılacağı xatırladılıb.
Oxşar xəbərlər
Müharibənin bir ili neçə milyarda başa gəlir? - Zelenski AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qarşıdakı hədəflərini açıqlayıb. BAKU.WS xəbər verir ki, o, Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə...
