Afrika ölkəsində ölüm cəzası tətbiq ediləcək

Demokratik Konqo Cumhuriyyəti (KDC) şəhər mərkəzlərində fəaliyyət göstərən "Kuluna" adlı dəstə üzvlərinə qarşı ölüm cəzası tətbiq ediləcəyini bildirib.
BAKU.WS cumhuriyyet.com-a istinadən xəbər verir ki, KDC ədliyyə naziri Konstant Mutamba verdiyi açıqlamada şəhər mərkəzlərində fəaliyyət göstərən dəstələrə qarşı mübarizə aparmaq üçün yeni qərarlar qəbul etdiklərini bildirib. Mutamba müxtəlif qruplaşmalarla mübarizə məqsədilə "Şəhər Dəstələri ilə Mübarizə Komissiyası" yaradıldığını və dəstə üzvlərinin intensiv fəaliyyət göstərdiyi məhəllələrdə əməliyyatlar keçiriləcəyini vurğulayıb.
Qruplaşmaların "terror cinayətkarı" kimi məhkəməyə veriləcəyini qeyd edən Mutamba onlara qarşı sərt tədbirlər alınacağını ifadə edib. Mutamba "Şəhər mərkəzlərində fəaliyyət göstərən dəstə üzvlərinə qarşı ölüm cəzası tətbiq edəcəyik" deyib.
Təxminən 20 milyon insanın yaşadığı paytaxt Kinşasada "Kuluna" adlı dəstələt küçələrdə quldurluq, insanlara xəsarət yetirmə və qətl kimi cinayətlər törədir. Xüsusilə gənc işsizlərdən ibarət olan dəstə üzvlərinin paytaxtda həyatı dözülməz hala gətirdiyi ifadə edilir.
Oxşar xəbərlər
İlon Mask: Trampın adı azyaşlıların cinsi istismarı ilə bağlı sənədlərdə yer alır
Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın adının insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Cef...
