ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Hərb Nazirliyi Yaxın Şərqdə müharibə zamanı ziyan dəymiş bəzi hərbi bazalardan qoşunların çıxarılması ehtimalını istisna etmir.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset Sinqapurdakı ABŞ səfirliyində jurnalistlərlə söhbətində bildirib.
"Qərarı prezident Tramp verəcək və bu, onun gələcək strategiyasından asılı olacaq. Biz regiondakı tərəfdaşlıq əlaqələrimizi yüksək qiymətləndiririk. Bu qərarlar nəticəyə əsasən qəbul ediləcək", - deyə Heqset bildirib.
Heqset əlavə edib ki, hazırda ABŞ hərbçiləri mövqelərini saxlayır və lazım gələrsə, yenidən əməliyyatlara qoşulmağa hazırdırlar.
O, həmçinin İranın ABŞ ilə danışıqlar nəticəsində nüvə ambisiyalarından imtina edəcəyinə inandığını bildirib və gələcək razılaşmanın ABŞ xalqının maraqlarına uyğun olacağını vurğulayıb.
Oxşar xəbərlər
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb
Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidəki üçtərəfli danışıqları bu günlük başa çatıb və noyabrın 11-də...