ABŞ və Ukrayna faydalı qazıntılar üzrə danışıqlarda irəliləyiş əldə ediblər

ABŞ və Ukrayna faydalı qazıntılar üzrə danışıqlarda irəliləyiş əldə ediblər
Dünya 43

ABŞ və Ukrayna arasında resurs razılaşması üzrə aparılan danışıqlar çərçivəsində memorandum imzalanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadla məlumt yayıb.

"Məmurlar bildiriblər ki, memorandum praktiki olaraq imzalanıb və onlar gələn həftənin sonunadək tam iqtisadi razılaşma üzərində işi yekunlaşdırmağı ümid edirlər" ,-deyə nəşrdə qeyd olunur.

Ukraynanın baş nazirinin müavini Yuliya Sviridenkonun sözlərinə görə tam razılaşma əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar açacaq.

Nəşrin qiymətləndirməsinə görə, memorandoum imzalanması mürəkkəb danışıqlar prosesini lazımi məcraya qaytarır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton və Kiyev 24 aprel tarixində Ukraynanın faydalı qazıntılarına dair razılaşma imzalayacaqlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yeni yaranan planet aşkarlandı

Yeni yaranan planet aşkarlandı

Astronomlar bir milyon ildən də az yaşı olan və Yupiter ölçüsündə yeni yaranan planet aşkarlayıblar. Elias 2-24 b adlandırılan bu səma cisminin olduqca gənc olm...

53 Dünya 22:47 23 sentyabr 2026

Son xəbərlər