ABŞ və Türkmənistan "C5+1" platforması çərçivəsində əməkdaşlığı müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət katibi Marko Rubio və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov "C5+1" platforması çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
"Report" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, danışıqlar zamanı Rubio Amerikanın iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, "C5+1" diplomatik platforması (Mərkəzi Asiya + ABŞ) vasitəsilə regional inteqrasiyanın təşviqi, eləcə də regional təhlükəsizliyin gücləndirilməsi məqsədilə Türkmənistanla gələcək əməkdaşlığa sadiqliyini təsdiqləyib.
Dövlət katibi həmçinin İsrail və İran arasında son münaqişə zamanı İrandan qaçan ABŞ vətəndaşlarına göstərilən yardıma görə Türkmənistana minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi
Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında...