ABŞ və İsrail İrana hücumu bir həftə əvvəl planlaşdırıb
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatı ilkin olaraq bir həftə əvvəl həyata keçirməyi planlaşdırıb. Lakin əməliyyat hava şəraiti və koordinasiya məsələlərinə görə təxirə salınıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton və Tehran arasında 17 fevralda keçirilən danışıqların nəticəsiz başa çatmasından sonra tərəflər 21 fevral üçün zərbə planı üzərində işləməyə başlayıb.
Lakin hücuma yekun icazə verilməyib. ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, əsas səbəblərdən biri bölgədəki hava şəraiti olub. Digər mənbə isə gecikmənin ABŞ Silahlı Qüvvələri ilə İsrail ordusu arasında koordinasiyanın gücləndirilməsi zərurəti ilə bağlı olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp administrasiyasından olan nümayəndə son iki həftənin gərgin keçdiyini qeyd edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində bir sıra şəhərlər, o cümlədən paytaxt Tehran hədəfə alınıb. Hücum zamanı İranın ali lideri Ayətullah Əli Xameneinin iqamətgahına da zərbə endirildiyi və onun həlak olduğu bildirilir.
Buna cavab olaraq İran İsrail ərazisinə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Tramp isə münaqişədə ABŞ-nin əlavə itkilər verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Oxşar xəbərlər
Bəhreyn limanında ABŞ bayrağı altında üzən tanker vuruldu
Bəhreyn limanında ABŞ bayrağı altında üzən tanker vurulub. BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, "Stena Imp...