ABŞ rəsmisi: "İranın nüvə proqramı məhv edilməyib"
"Hərbi zərbələr İranın nüvə proqramına ziyan vursa da, bu proqram tamamilə məhv edilməyib".
BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin keçmiş müavini Vendi Şerman deyib.
Onun sözlərinə görə, İran hələ də uranı zənginləşdirmək imkanına malikdir və təkmilləşdirilmiş sentrifuqalar əldə edib.
Keçmiş diplomat İsrailin kəşfiyyatının yüksəksəviyyəli təhlükəsizlik və nüvə ekspertləri ilə dəfələrlə videogörüşlər keçirdiyini də açıqlayıb.
Şerman ümid etdiyini bildirib ki, tərəflər yenidən diplomatiya masasına qayıda biləcəklər, çünki diplomatiya hərbi qarşıdurmadan daha yaxşı yoldur.
Oxşar xəbərlər
Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi
Türkiyədə aparıcı Ezgi Kılıçın qısa geyimi müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, "Lider Haber TV" kanalının aparıcısı Ezgi Kılıç canlı yayım zamanı...