ABŞ kəşfiyyatı Xameneinin oğlunu izləyir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ kəşfiyyat orqanları İranda ali rəhbərliklə bağlı baş verən prosesləri diqqətlə izləyir.
BAKU.WS xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib.
O, mediada İranın ali rəhbəri Əli Xameneinin oğlu Müctəba Xameneinin ölkənin növbəti ali lideri ola biləcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib ki, Vaşinqton bu prosesi diqqətlə izləyir.
"Bu barədə yayılan xəbərləri biz də görmüşük. Kəşfiyyat qurumlarımız məsələni yaxından izləyir və müxtəlif məlumatları araşdırır. Hazırda nə baş verəcəyini gözləmək lazımdır", – deyə o qeyd edib.
Oxşar xəbərlər
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Rusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı azərbaycanlı Yaqub Süleymanov keçmiş sevgilisini qətlə yetirməkdə şübhəli bilinir. BAKU.WS-in məlumatına görə, hadi...