ABŞ İranla bağlı əməliyyatda 31 gəmini geri qaytardı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla bağlı tətbiq olunan nəzarət tədbirləri çərçivəsində 31 gəminin marşrutunun dəyişdirildiyini və ya limana geri qaytarıldığını açıqlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, CENTCOM-un yaydığı infografik və açıqlamada bildirilir ki, İran limanlarına giriş-çıxışların qarşısının alınması istiqamətində dəniz nəzarəti tədbirləri həyata keçirilir.
Qeyd olunub ki, əməliyyatlar çərçivəsində ümumilikdə 31 gəmiyə müdaxilə edilib və onlara istiqamətlərini dəyişdirmək və ya geri qayıtmaq barədə göstəriş verilib. Gəmilərin böyük hissəsinin neft tankerləri olduğu bildirilir.
Açıqlamada vurğulanır ki, İran limanlarına heç bir gəminin girişinə və çıxışına icazə verilmir və bu nəzarət təkcə Yaxın Şərq deyil, daha geniş regionu əhatə edir.
CENTCOM-un məlumatına görə, əməliyyatlarda 10 mindən çox hərbçi, 17-dən çox hərbi gəmi, o cümlədən təyyarədaşıyanlar və raket esminesləri iştirak edir. Eyni zamanda, 100-dən artıq hərbi hava vasitəsi – qırıcılar, helikopterlər və pilotsuz uçuş aparatları da əməliyyatlara cəlb olunub.
Oxşar xəbərlər
İsti havada hansı içkilər təhlükəlidir? - Mütəxəssislər xəbərdarlıq edir
Amerikalı mütəxəssislər isti havalarda bəzi içkilərin sağlamlıq üçün risk yarada biləcəyini açıqlayıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qəhvə v...