ABŞ İranda yerüstü əməliyyatları istisna etməyib
04
mar
2026
23:36
ABŞ-ın İrandakı hərbi planları hazırda bu ölkədə quru qüvvələrinin istifadəsini əhatə etmir, lakin bu ehtimalı istisna etmək olmaz.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.
"Bu, hazırkı planların bir hissəsi deyil, amma prezidentin adından heç bir variantı istisna etməyəcəyəm", - deyə o, məsələ ilə bağlı suala cavab olaraq bildirib.
Bundan əvvəl ABŞ lideri Donlad Tramp "lazım gələrsə İrana quru qoşunları göndərilə bilər" ifadəsini işlədib.
Oxşar xəbərlər
Varşavada İkinci Dünya müharibəsindən qalan döyüş sursatları tapıldı: 4 000 nəfər təxliyə edildi
Polşanın paytaxtı Varşavanın mərkəzində tikinti işləri zamanı İkinci Dünya müharibəsi dövrünə aid dörd ədəd döyüş sursatı aşkarlandıqdan sonra təxminən 4 000 nə...