ABŞ-İran danışıqları fasilədən sonra bərpa olunub
ABŞ və İran nümayəndə heyətləri arasında nüvə proqramı üzrə danışıqlar Oman diplomatlarının vasitəçiliyi ilə verilən qısa fasilədən sonra yenidən bərpa olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Al-Alam" telekanalı məlumat yayıb.
Tərəflər arasındakı müzakirələr üç saatdan çox müddətə dayandırılmışdı. IRIB agentliyinin verdiyi məlumata görə, bu fasilə nümayəndə heyətlərinin öz daxillərində məsləhətləşmələr aparması və növbəti addımları müəyyənləşdirməsi üçün götürülüb. Fasilə başa çatdıqdan sonra masa arxasına qayıdan tərəflər müzakirələri qaldığı yerdən davam etdirirlər.
ABŞ və İranın nüvə proqramı ilə bağlı apardıqları danışıqların üçüncü raundu fevralın 26-da İsveçrənin Cenevrə şəhərində start götürüb. Danışıqlarda əsas məqsəd tərəflər arasında yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq və nüvə sazişi ilə bağlı ortaq məxrəcə gəlməkdir.
Oxşar xəbərlər
Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb
ABŞ-nin "Abraham Lincoln" təyyarədaşıyan gəmisi Yaxın Şərqdəki uzunmüddətli dislokasiyadan sonra şənbə günü Quam adasındakı bazaya çatıb. BAKU.WS "Report"a isti...