ABŞ hərbi bazası rus dilini bilən aktyorlar axtarır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hərbi bazası döyüş təlimlərində iştirak etmək üçün rus dilini bilən aktyorlar axtarır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" "Check Defence" şirkətinin açıqlamasına istinadən məlumat yayıb.
Agentliyin redaktorları internetdə Fort İrvin təlim mərkəzi üçün rus dilini bilən şəxslərin axtarışı ilə bağlı elanlar tapıblar. İşçilərin vəzifələrinə real hərbi təlimlərdə ABŞ Müdafiə Nazirliyinə yardımın daxil olacağı dəqiqləşdirilir. Müraciət edənlər üçün tələblər siyahısına həm ingilis, həm də rus dilində danışmaq, oxumaq və yazmaq bacarığı daxildir.
İşə götürülən aktyorlardan hüquq-mühafizə orqanlarının əməkdaşları, qaçqınlar, dini qrupların üzvləri, həmçinin həbsxanada olan düşmən döyüşçülər və cinayətkar məhbuslar rollarını oynamaq xahiş olunur.
Agentliyin məlumatına görə, Fort İrvinə işləmək üçün rus dilini bilən şəxslərlə yanaşı, ərəb, çin, koreyalı, həmçinin dari və puştu dillərini bilən şəxslər də dəvət olunurlar.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...