ABŞ dövlət katibi Taliban liderlərinin başına mükafat qoya biləcəklərini elan edib

ABŞ dövlət katibi Taliban liderlərinin başına mükafat qoya biləcəklərini elan edib
Dünya 92

ABŞ dövlət katibi Marko Rubio deyib ki, Əfqanıstanda məhbus kimi saxlanılan ABŞ vətəndaşlarının sayının elan edildiyindən daha çox olduğunu eşidib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, dövlət katibi bu barədə X sosial media platformasından açıqlama verib.

Marko Rubio, deyib ki, bu halda Əfqan müvəqqəti hökumətinin yüksək rütbəli rəhbərliyinin (Taliban administrasiyası) başına külli miqdarda pul mükafatı qoyulmalıdır:

"Biz eşitmişik ki, Əfqanıstanda ABŞ məhbusları əvvəllər bildiriləndən daha çoxdur". O, bununla bağlı addımlar atmağa ehtiyac ola biləcəyini vurğulayıb.

"Əgər bu doğrudursa, o zaman biz ali rəhbərlərin başına Usamə bin Laden üçün təyin olunandan daha yüksək mükafat təklif etməli olacağıq" deyə Rubio xəbərdarlıq edib.

Qeyd edək ki, yanvarın 21-də Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin X hesabından verilən açıqlamada bildirilib ki, ABŞ-da həbs edilən Xan Məhəmməd adlı Əfqanıstan vətəndaşı ölkədə saxlanılan ABŞ vətəndaşlarının qarşılığında ölkəyə qayıdıb. Lakin açıqlamada Əfqanıstandan azad edilən ABŞ vətəndaşları ilə bağlı məlumatların təfərrüatı verilməyib. Yalnızca bildirilib ki, Əfqanıstan vətəndaşı Məhəmməd təxminən 20 il əvvəl Nangerhar əyalətində həbs edilib.

Son xəbərlər