ABŞ-də siyasi sponsorluq: Kriptovalyuta şirkətləri 189 milyon dollar ianə ediblər

ABŞ-də siyasi sponsorluq: Kriptovalyuta şirkətləri 189 milyon dollar ianə ediblər
Dünya 13

ABŞ-də fəaliyyət göstərən kriptovalyuta şirkətləri 2026-cı ilin payızında keçiriləcək aralıq seçkinin ən böyük korporativ sponsorları olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Seçki Komissiyasının (FEC) sənədlərini təhlil edən "Public Citizen" qeyri-kommersiya təşkilatı hesabat yayıb.

Hesabata əsasən, "Ripple", "Crypto.com", "Coinbase" və digər kriptovalyuta layihələri müxtəlif namizədləri dəstəkləyən siyasi komitələrə (Super PAC) ümumilikdə 189 milyon dollar ianə ediblər. Cari ildə ABŞ-dəki korporativ siyasi vəsaitlərin 37%-i məhz kriptovalyuta sektorunun payına düşür.

Ən çox vəsait ABŞ Prezidenti Donald Trampı dəstəkləyən "MAGA" təşkilatına (56.2 milyon dollar) və 2023-cü ildə "Coinbase", "Ripple" və "Andreessen Horowitz"in dəstəyi ilə yaradılmış "Fairshake" komitəsinə (82.6 milyon dollar) yönəldilib.

Bu il "Super PAC"ların ən böyük sponsorları aşağıdakı şirkətlər olub:

- "Andreessen Horowitz" - 51.65 milyon dollar;

- "Ripple" - 49.6 milyon dollar;

- "Crypto.com" - 38.6 milyon dollar;

- "Coinbase" - 35.2 milyon dollar.

Bundan əlavə, "Gemini" birjası və onun təsisçiləri Tayler və Kemeron Uinklvoss qardaşları ümumilikdə 27.5 milyon dollar ianə ediblər. Hesabatda xüsusi qeyd olunur ki, kriptovalyuta şirkətləri siyasi maliyyələşdirməyə süni intellekt, digər texnologiya və onlayn mərc sektorlarında fəaliyyət göstərən şirkətlərdən daha çox vəsait ayırıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər