ABŞ-də qəzaya uğrayan hərbi helikopteri qadın pilot idarə edib

ABŞ-də qəzaya uğrayan hərbi helikopteri qadın pilot idarə edib
Dünya 137

ABŞ-yə məxsus "Black Hawk H-60" hərbi helikopterini 500 saatdan çox uçuş təcrübəsi olan təcrübəli qadın pilot idarə edib.

Bu barədə ABC News telekanalı məlumat yayıb.

Helikopterin göyərtəsində həmçinin ekipaj komandiri və pilot-təlimatçı da olub.

"Bu, çox təcrübəli ekipaj idi",- deyə quru qoşunlarının istefada olan zabiti Conatan Koziol telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, pilot-təlimatçının 1000 saatdan çox, ekipaj komandirinin isə bir neçə yüz saat uçuş təcrübəsi olub. O qeyd edib ki, helikopter uçuşlarının adətən qısa olması fonunda bu qədər uçuş saatının toplanması ekipajın yüksək ixtisaslı olduğunu sübut edir.

Hadisə nəticəsində ekipajın üç üzvü həlak olub. Cümə axşamı Pentaqon qəzaya uğrayan helikopterin aid olduğu bölmədə bütün uçuşları dayandırıb.

Bundan əvvəl ABŞ-də qəzaya uğrayan "H-60" helikopterinin pilotlarından birinin transgendər ola biləcəyi ilə bağlı məlumat yayılmışdı.

Oxşar xəbərlər

Bu ölkə MDB-dən çıxacaq

Bu ölkə MDB-dən çıxacaq

Moldova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüyün əsasını təşkil edən əsas sazişlərin denonsasiya edilməsindən sonra təşkilatın tərkibindən çıxacaq. BAKU.WS...

70 Dünya 22:00 19 yanvar 2026

Son xəbərlər