ABŞ-də qar fırtınası - Ölü sayı artır

ABŞ-də qar fırtınası - Ölü sayı artır
Dünya 175

ABŞ-dəki şiddətli qar fırtınası və soyuq hava şəraiti nəticəsində ən az 4 nəfər həyatını itirib.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, fırtına ölkənin cənub və şimal bölgələrində həyatı ciddi şəkildə təsir edib. Cənubda yerləşən Texas ştatında avtomobil yolları və hava limanları bağlanıb, Louisiana ştatında isə fırtına ilə əlaqədar xəbərdarlıqlar edilib. Rəsmi açıqlamalara görə, Texasın Austin şəhərində 2, Georgiya ştatında 1 və Milwaukee-də isə 1 nəfər həyatını itirib. Həmçinin, Louisiana, Mississippi və Alabama daxil olmaqla bir çox ştatda şiddətli soyuqlara qarşı fövqəladə vəziyyət elan edilib.

Louisiana ştatının Rayne şəhərində qarın qalınlığı 25 santimetrə çatıb. Şimali Amerika"nın digər bir hissəsində, New York ştatının bəzi bölgələrində isə qar qalınlığının 46 santimetrə qədər yüksəldiyi bildirilib. ABŞ üzrə ümumilikdə, şiddətli kış fırtınası səbəbindən 2.200-dən çox uçuş ləğv edilib, 3.000 uçuş isə təxirə salınıb.

ABŞ Milli Hava Durumu Xidmətinin (NWS) dünənki açıqlamasına görə, nadir hallarda qarın yağdığı Körfəzdən başlayaraq Texasın şərqindən Florida ştatının şimal-qərbinə qədər olan bölgələrdə saatte 3 santimetr və daha çox qar yağması gözlənilir.

Oxşar xəbərlər

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb

Sind Terrorla Mübarizə İdarəsi (CTD) Pakistanın ən böyük şəhəri Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib. BAKU...

54 Dünya 23:23 23 oktyabr 2025

Son xəbərlər