ABŞ-də isti hava 25 nəfərin həyatına son qoydu
ABŞ-də təxminən bir həftədir davam edən anomal isti hava şəraiti nəticəsində azı 25 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, ölkə üzrə 40 milyona yaxın sakin üçün isti hava xəbərdarlığı edilib. Şərq və cənub ştatlarında havanın temperaturu 40,5 dərəcəyədək yüksəlib.
Nyu-York şəhərində yüksək temperaturla əlaqədar 378-dən çox şəxs təcili tibbi yardıma müraciət edib. Nyu-Cersi ştatında 22, Missisipidə 2, İllinoysda isə 1 nəfər həddindən artıq istilərin qurbanı olub.
ABŞ Milli Hava Xidməti (NWS) xəbərdarlıq edib ki, isti hava dalğası ölkənin şərq hissəsində davam edəcək. Rütubətlə birlikdə hiss olunan temperaturun Vaşinqton, Filadelfiya, Baltimor, Roli, Çarlston və Ceksonvill şəhərlərində 37,7-40,5 dərəcəyə çatacağı gözlənilir.
Sinoptiklər, həmçinin ölkənin şərqində güclü tufan, dolu və qəfil daşqınlar barədə də xəbərdarlıq ediblər. Proqnozlara əsasən, Delaverdən Konnektikutadək uzanan ərazidə, o cümlədən Nyu-York şəhərində 34 milyona yaxın insan sel təhlükəsi ilə üzləşə bilər.
Əlverişsiz hava şəraiti səbəbindən ABŞ-nin şərq ştatlarında yüz minlərlə ev və iş yerində elektrik enerjisinin verilişində də fasilələr yaranıb.
Oxşar xəbərlər
Avropada ölümcül "ət yeyən" bakteriya yayılır
Avropada ölümcül infeksiyalara səbəb olan "Vibrio vulnificus" bakteriyasının yayılma riski artıb. BAKU.WS xəbər verir ki, bu barədə "Metro" nəşri Avropa Xəstəli...