Abbas Əraqçi: ABŞ Tehranla müharibəyə trilyonlarla dollar xərcləyəcək
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Tehranla müharibəyə trilyonlarla dollar xərcləyəcəyini bildirib.
BAKU.WS xəbər verir ki, Əraqçi bu barədə "Washington Post" qəzetində Pentaqonun əməliyyatı davam etdirmək üçün 200 milyard dollar tələb etdiyini bildirən məqaləyə münasibət bildirərkən deyib.
"Bu 200 milyard dollar aysberqin yalnız bir ucudur. Sadə amerikalılar ABŞ iqtisadiyyatına trilyon dollarlıq zərbə vurmaq üzrə olan İsrailə, yəni Benyamin Netanyahuya və onun Konqresdəki köməkçilərinə təşəkkür edə bilərlər" - deyə o, "X" hesabında bildirib.
Ağ Evdəki Milli İqtisadi Şuranın direktoru Kevin Hassett bu yaxınlarda bildirib ki, Vaşinqton müharibəni davam etdirmək üçün Konqresdən əlavə maliyyələşdirmə tələb edib-etməməyi nəzərdən keçirir.
O bildirib ki, ABŞ müharibənin ilk bir neçə günündə təxminən 12 milyard dollar xərcləyib.
Oxşar xəbərlər
Rubio: ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı bu gün irəliləyiş ola bilər
ABŞ Dövlət katibi Marko Rubio ABŞ ilə İran arasında mümkün razılaşma üzrə danışıqların davam etdiyini və bu gün irəliləyiş əldə oluna biləcəyini bildirib. BAKU....