97-ci dəfə keçiriləcək "Oscar" mükafatlarının aparıcısı bəlli oldu
2025-ci il "Oscar" mükafatlarının təqdimetmə mərasiminin aparıcısı bəlli olub.
BAKU.WS xəbər verir ki, mötəbər mərasimi komediyaçı Konan Obrayn təqdim edəcək.
97-ci dəfə keçiriləcək mərasim gələn il martın 2-də baş tutacaq.
Bu barədə "Oscar" akademiyasının icraçı direktoru Bill Kramer bildirib:
"Konan Obraynın bu il "Oscar"ı təqdim etməsi bizi çox sevindirir. Böyük yumor hissi, filmlərə olan sevgisi və canlı yayım təcrübəsi ilə mərasimi idarə etmək üçün mükəmməl bir insandır".
Qeyd edək ki, Konan Obrayn karyerası boyunca 31 dəfə "Emmy" mükafatlarına namizəd göstərilib. 5 "Emmy" qazanıb.
Qalereya
Oxşar xəbərlər
Rusiya Ay səthində tədqiqatlara başlayacaq
Rusiya yaxın vaxtlarda Ay səthində tədqiqat işləri aparmağı planlaşdırır. BAKU.WS xəbər verir ki, bu barədə Roscosmos rəhbəri Dmitriy Bakanov açıqlama verib. P...