SİZİN REKLAM BURADA!
055 213 76 73


“Falcon 9” daşıyıcı raketin çoxdəfəli pilləsi Atlantik okeanında üzən gəminin göyərtəsində yerləşən platformaya uğurlu avtomatik eniş edib.

“360 TV”nin məlumatına görə, bu barədə “SpaceX” özünün “Twitter” hesabında məlumat verib.
ABŞ-ın yeni idarə olunan “Crew Dragon” kosmik gəmisi ilə orbitə çıxarılan pillə buraxılışdan doqquz dəqiqə sonra “Of Course I Still Love You” platformasına enib.

Qeyd edək ki, “SpaceX” şirkəti gələcəkdə bu yolla turistlərin müxtəlif ölkələrə səyahət etməsini planlaşdırır. Videodan göründüyü kimi, bu yolla çox qısa zamanda uzun məsafələri qət etmək mümkündür və misal üçün, Bakıdan Londona uçuş cəmi 30 dəqiqəyə başa gələ bilər.

BAKU.WS
VİDEO