Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə etdi

Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə etdi
Siyasət 552

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

BAKU.WS-in məlumatına görə, liderlər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Tərəflər İdlibdə böhranın həll yolunun Soçi anlaşmasının tam olaraq tətbiqindən asılı olduğunu vurğulayıblar.

Eyni zamanda hər iki lider bütün razılaşmalara sadiq qaldıqlarını ifadə ediblər.

Son xəbərlər