Yeni partiya quran Davudoğlu ilk məqsədini açıqladı

Yeni partiya quran Davudoğlu ilk məqsədini açıqladı
Siyasət 485

Türkiyənin sabiq Xarici İşlər və Baş naziri Əhməd Davudoğlu bu gün “Gələcək Partiyası”nı qurduğunu əsmən elan edib.

BAKU.WS “internethaber.com”a istinadən xəbər verir ki, partiyanın 154 nəfərlik qurucu heyəti var.

Qurucu üzvlər arasında vaxtilə Ədalət və İnkişaf Partiyasında (AKP) yer almış şəxslərin çoxluğu isə diqqət çəkib.

Partiyanın loqosu çinar ağacının yaşıl rəngli arpağı seçilib.

Davudoğlu təsis konfransında bildirib ki, partiyası iqtidara gələcəyi təqdirdə etmək istədiyi ilk iş Türkiyənin idarəetmə formasını yenidən parlamentli respublikay qaytarmaqdır. Lakin, bu sistemin Almaniya, Fransa, Hollandiyadakı sistemlərinin qarışığı olması planlaşdırılır.

Bundan başqa, Davudoğlu ələlik heç bir partiya ilə ittifaqa girməyi düşünmədiyini və təkbaşına iqtidara gəlmək istədiyini bildirib.

Oxşar xəbərlər

Davudoğlunun partiyasının adı məlum oldu

Davudoğlunun partiyasının adı məlum oldu

Türkiyənin sabiq Xarici İşlər və Baş naziri Əhməd Davudoğlunun qurmaq istədiyi partiyanın adı məlum olub. BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, jurnalist...

501 Siyasət 15:46 12 dekabr 2019

Son xəbərlər