Davudoğlu: “Türkiyə hər şəraitdə Azərbaycanın yanındadır”

Davudoğlu: “Türkiyə hər şəraitdə Azərbaycanın yanındadır”
Siyasət 946
 

Prezident İlham Əliyev  və Türkiyənin baş naziri Əhməd Davudoğlu arasında görüş keçirilib.  

BAKU.WS-in məlumatına görə, görüş İstanbul Konqres Mərkəzində baş tutub. Prezident İlham Əliyev bildirib ki, zirvə toplantısına gələn  dövlətlərin çox olması Türkiyənin dünyadakı yerini və nüfuzunu göstərir.

Görüş zamanı Davudoğlu  cəbhə xəttində  baş verən son hadisələrə toxunub. O, Azərbaycanın şəhid olan əsgərləri ilə bağlı başsağlığını İlham Əliyevə çatdırıb. "Türkiyə hər zaman, hər şəraitdə Azərbaycanın yanındadır”.  

İlham Əliyev Davudoğluna Azərbaycana göstərilən dəstəyə görə təşəkkürünü bildirib.Əhməd Davudoğlu və İlham Əliyev arasında görüş 15 dəqiqə davam edib. 

BAKU.WS

Son xəbərlər