“İlham Əliyev dosta, düşmənə harada olduqlarını göstərdi”
"İlham Əliyev "hər nə olursa olsun Türkiyənin yanındayıq" deyərək dosta, düşmənə harada olduqlarını göstərdi".
BAKU.WS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu partiyasının - AKP-nin qrup toplantısında deyib.
O, iclas zalından Azərbaycan prezidenti İlham Əliyevə salamlarını göndərib. Baş nazir iki ölkənin ortaq layihə və təşəbbüslərinin region ölkələrinə xidmət edəcəyini deyib.
"Biz Avropa xalqıyıq. Biz olmadan Azvropanın tarixi, gələcəyi yazıla bilməz. Biz Asiya xalqıyıq. Biz olmasaq Asiyanın da tarixi. gələcəyi yazıla bilməz".
Davudoğlu toplantıda Rusiya ilə gərginləşən münasibətlərə də toxunub. O, deyib ki, Türkiyənin hava və dəniz sərhəddini qorumaq haqqı var. "Biz Suriya torpaqlarına müdaxilə etmədik. Hara məxsus olduğu bilinməyən bir təyyarə hava məkanımızı pozdu. Hər hansı bir ölkəni hədəfə almamışıq, sadəcə müdafiə vəzifəmizi yerinə yetirdik.
Rusiya rəhbərliyi gözlədiyimiz reaksiyanı göstərmədi. Ağır ittihamlara məruz qalırıq. Bu hadisə Rusiya-Türkiyə arasında, Rusiya-Suriya arasında arasında yaşanmadı. Bu hadisə Türkiyə-Suriya arasında baş verib. Türkmən dağında hələ də soydaşlarımız qətlə yetirilir. Buna səsdiz baxa bilmərik".
Davudoğlu Rusiya ilə hər cür müzakirələrə hazır olduqlarını bir daha dilə gətirib. O, deyib ki, Türkiyə Rusiyanın sanksiyaları ilə çətinə düşəcək bir ölkə deyil və akternativ planlar hazırlanır.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Davudoğlu: "Hamımız bakılıyıq"
"Azərbaycan və Türkiyə arasında xüsusi münasibətlər var. Türkiyənin hər lideri ilk dəfə Azərbaycana səfər edir və ya əksinə olur". BAKU.WS-in "Report"a istinad...