76 yaşlı aktyor yaşadığı evində öldü
Amerikalı aktyor Corc Vendt vəfat edib.
BAKU.WS xəbər verir ki, o 76 yaşında dünyasını dəyişib. Bu barədə məşhur jurnalist Melissa Nathan məlumat yayıb. Aktyor səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.
O bildirib ki, Corc sevilən aktyor olub və sevənləri onu heç vaxt unutmayacaq:
"Corc çox sevilən ailə başçısı və onu tanıyan hamı üçün əsl sirdaş idi. Onu sonsuza qədər unutmayacağıq".
Xatırladaq ki, Corc 1948-ci ildə 9 uşaqlı ailədə dünyaya gəlib. O təhsil həyatına Notr-Dam Universitetində başlayıb. Sonra "Jesuit Rockhurst" kollecinə daxil olub.
O "Fletch", "Gung Ho", "Spice World" kimi filmlərdə rol alıb. Aktyor "Cheers" serialındakı Norm Peterson obrazı ilə məşhurlaşıb.
Oxşar xəbərlər
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna,...