SİZİN REKLAM BURADA!
055 213 76 73


Məlum olduğu 17 oktyabrda ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeonun Türkiyəyə səfəri zamanı Türkiyıə ordusunun Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı keçirdiyi “Barış Pınarı” adlı antitteror əməliyyatının 120 saatlıq dayandırılması barədə razılıq əldə olunmuşdu.

Bu müddətdə ABŞ terrorçuların Türkiyənin təyin etdiyi təhlükəsizlik zonasından çıxarılmasını təmin edəcəyinə söz vermişdi.

Ərdoğandan qətiyyətli mövqe

Türkiyə Prezidenti dünən ABŞ-la 13 maddəlik həmin razılaşmanı xatırladıb və bildirib ki, razılaşmaya riayət olunmazsa, əməliyyat qaldığı yerdən davam edəcək:


“Bunu Trampın göndərdiyi nümayəndə heyətinə, Avropa İttifaqına üzv ölkələrinə də söylədim. Soçidə Rusiya Prezidenti Vladimir Putinlə də bu barədə müzakirə aparacağıq. Atdığımız bu addımların hamısı sadəcə torpaqlarımızın qorumaq üçündür. Dünya terrorizmə qarşı mübarizə aparmır? Söz gəldiyi zaman etdiklərini deyirlər, o zaman Türkiyənin mübarizəsinə görə narahat olurlar ki? Təhlükəsizlik bölgəsində nəzarəti ələ alacağıq. Planlarımız da hazırdır. Kimsənin gözünün yaşına baxmayacağıq, son terrorçunu da bölgədən təmizləyənə qədər mübarizəmizi davam etdirəcəyik”.

Məlumat üçün bildirək ki, Türkiyənin “təhlükəsizlik zolağı” olaraq müəyyənləşdirdiyi ərazi İraqla sərhəddən Cərablusa qədər 444 km eninə, şimaldan cənuba isə 32 km dərinliyə doğru bölgəni əhatə edir. Türkiyə burada 1 milyon qaçqının yerləşdirilməsi üçün 10 qəsəbə və 5 min kəndin salınması nəzərdə tutulub. Bu qəsəbələrin hər birində 30 min, kəndlərin hər birində isə 5 min nəfər yerləşdiriləcək. Layihənin ümumi dəyəri isə 26 milyard dollardır.


Qərb liderləri Ərdoğanla görüş üçün növbəyə düzülüblər

Bir yandan da Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Boris Consonla birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətində olduqlarını açıqlayıblar. Onların əsas məqsədi bu məsələdə öz rollarını artırmaq, “mən də varam” deməkdir. Amma hamıya məlumdur ki, Suriya məsələsində əsas söz sahibləri Rusiya, Türkiyə və Amerikadır.

Bu dövlətlərin Türkiyənin keçirdiyi əməliyyatla bağlı dilə gətirdikləri əsas narahatlıqları dinc əhalinin öldürülməsidir. Ərdoğan artıq həmin iddialara keçən həftə cavab vermişdi. Həmin çıxışı xatırlayaq:


“Türkiyə heç vaxt mülki vətəndaşların qətliamını etməyib və etməz. Sivillərin qətliamını görmək istəyənlər Əfqanıstana, Arakana, Dağlıq Qarabağa, Bosniyaya baxın. Türkiyəni sivilləri qətl etməkdə ittiham edənlərin gözü kor, qulağı kar, ürəyi daşlaşmış deməkdir. Bu gün dünyada terrorizmə qarşı mübarizədə Türkiyə qədər təmiz iş ortaya qoyan başqa bir ölkə yoxdur. Əsla belə bir vəziyyətə düşməyinizi istəmərik. Amma bir gün siz bu çətinliyə düşsəniz, kimsə sizing qarşınıza terrorçulara dəstək vermək üçün çıxacaq. Onda bizi çox yaxşı anlayacaqsınız”.

Geridə qalan 4 gündə nələr baş verib? Atəşkəsə riayət edilirmi?

ABŞ-türkiyə razılaşmasından sonra gərginliyin ciddi şəkildə azaldığı müşahidə edilsə də, atəşkəsə tam riayət edildiyini söyləmək mümkün deyil.
Dünən Tel-Abyad bölgəsində kəşfiyyat-nəzarət xidməti aparan Türkiyə əsgərlərinə terorrçular tərəfindən açılan atəş nəticəsində 1 əsgər şəhid olub, daha biri isə yaralanıb. Ümumilikdə isə razılaşmasından sonra 56 dəfə atəşkəs pozulub.

Buna baxmayaraq terorçruların təhlükəsizlik zonasını tərk etdiyi də müşahidə edilməkdədir. 3 gün ərzində 158 avtomobil karvanının Rəs-əl-Ayna daxil olması və PKK/YPG terrorçularının həmin avtomobillərlə bölgədən təhlükəsiz şəkildə çıxışı təmin edilib. Təcili yardım avtomobillərində çoxlu sayda yaralılar da daşınıb. Onlar Haseke rayonunun Qamışlı qəsəbəsinə doğru hərəkət ediblər.


Məlumat üçün bildirək ki, Rəs-əl-Ayndakı 40 min sivilin yarısı əməliyyat başlayan gün şəhəri tərk etmiş, digər yarısı isə atəşkəs imzalandıqdan sonra Hasekeyə gedib. Son məlumatlara görə, hazırda Rəs-əl-Aynda sivil vətəndaş qalmayıb.

Atəşkəs bitdikdən sonra nə gözlənilir?

“Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ-la Türkiyə arasındakı razılaşmanın yerinə yetirilməsinə tam təminat olmadığını bildirib:

“Çünki PKK terrorçularının ağır silahlarının bir hissəsini gizlətmək ehtimalı var. Bunu əvvəllər də ediblər. Bu halda Türkiyə əməliyyata davam edəcək. Əsas odur ki, Türkiyə öz mövqelərindən geri çəkilməyəcək”.


Donald Trampın razılaşmadan sonra Türkiyəyə qarşı sanksiyaları geri götürəcəyini vəd etdiyini xatırladan politoloq qeyd edib ki, əslində Amerikanın Suriyada varlığı Trampın deyil, sabiq Prezident Barak Obamanın səhvi idi:

“Obama Suriyada müttəfiqi Türkiyə ilə birlikdə hərəkət etmək əvəzinə, PKK-nı seçdi. Bəlkə də o illərdə Tramp prezident olsaydı, qoşunlarını Suriyaya göndərməzdi, PKK-nı müttəfiq olaraq seçmədi. Təsadüfi deyil ki, Tramp son çıxışlarının birində PKK-nı İŞİD-dən daha təhlükəli terrorçu təşkilat adlandırdı”.

“Türkiyə istəklərinə artıq nail olub”

Elxan Şahinoğlu sözlərinə əlavə edib ki, Türkiyə bu əməliyyatla artıq bir neçə istəyinə nail olub:

“YPG/PYD terrorçularının nəzarətində olan bölgələrə Əsəd ordusu dəvət edildi. Bəziləri bu gedişatın Türkiyənin maraqlarına zidd olduğunu bildirdi düşünürdülər. Mən əksini düşünürəm. Suriya ordusunun şimal-şərq istiqamətində irəliləməsi Türkiyənin ziyanına deyil. Rusiya imkan verməz ki, Suriya ordusu Türkiyə ordusu ilə toqquşsun. Əsas odur ki, Suriya ordusu uzun illərdən sonra Suriya ordusu kürd bölgələrinə daxil oldu və bununla da Suriyada kürd dövlətinin yaradılması ideyası ortadan qaldırıldı. Vaxtilə Əsədə meydan oxuyan radikal kürdlər indi Əsədə yalvardılar ki, onları Türkiyədə qorusun. Türkiyənin əsas hədəflərindən biri Suriya ordusunun kürd bölgələrinə nəzarət etməsi idi. Buna da nail olundu”.


Türkiyə, Rusiya və Əsəd rejiminin Amerikanımn Suriyada hərbi varlığının əleyhinə olduğunu qeyd edən politoloq vurğulayıb ki, bu əməliyyatla həmin istəyə də nail olundu.

Bu məqamda xatırladaq ki, Tramp “Barış Pınarı” əməliyyatından öncə ABŞ ordusunun Suriyadan çıxarılması haqqında qərar vermişdi.

Soçi görüşü nəyi həll edəcək?

Elxan Şahinoğlu 22 oktyabrda Rusiyanın Soçi şəhərində Türkiyə və Rusiya prezidentlərinin görüşü barədə də fikir bildirib:

“Bu görüş barədə iki proqnozum var:

“Birinci, Türkiyə bir müddətdən sonra İdlibə hücuma qarşı çıxamayacaq. Məlumdur ki, Rusiya Əsəd ordusu ilə birlikdə İdlibi müxtəlif terrorçu qruplaşmalarında azad etmək istəyir. Türkiyə bunun əleyhinə idi. Çünki Türkiyənin İdlibdə dəstəklidiyi silahlı müxalifət var. Ankara Moskvadan vaxt istəyirdi ki, İdlibdə silahlı müxalifət İŞİD-ə bağlı terrorçuları oradan sıxışdırıb çıxarsın. Ancaq təəssüf ki, obyektiv səbəblərdən bu alınmadı. Tam əksinə olaraq terrorçular silahlı müxalifəti sıxışdırdı. Türkiyə İdlibdəki əməliyyata həm də ona görə qarşı çıxırdı ki, orada milyonlarla insanın qaçqına çevrilərək Türkiyəyə axın etməsini istəmirdi.


İkinci proqnozum budur ki, Türkiyə Suriya hökuməti ilə danışıqlara başlayacaq. Bu məsələdə Rusiy vasitəçi rolunu oynayacaq. Bu, zamanın tələbidir. Vaxtilə iki ölkə arasında sıx təmaslar olub. Hazırda Suriya, Türkiyə və Rusiya Suriyanın ərazi bütövlüyünü istəyir. Ona görə münasibətlər yenidən niyə düzəlməsin ki?”.

Fərid ƏDALƏT
BAKU.WS