İran naziri: "Rəşt-Astara layihəsi Bakı və Moskva ilə icra mərhələsinə qədəm qoyur"
İran, Azərbaycan və Rusiya nümayəndələrinin Bakıda keçirilən üçtərəfli görüşü Rəşt-Astara dəmir yolu layihəsinin və digər tranzit layihələrinin irəliləməsində mühüm addımdır.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.
O qeyd edib ki, görüş beynəlxalq Şimal-Cənub dəhlizlərinin birləşdirilməsi və inzibati maneələrin aradan qaldırılması üçün səmərəli platforma yaradıb.
Sadiq jurnalistlərə açıqlamasında xatırladıb ki, görüş zamanı üç ölkə eyni vaxtda dəmir yolu və liman infrastrukturunun inteqrasiyasını müzakirə edib, texniki koordinasiya və layihələrin planlaşdırılması ilə bağlı razılıqlar əldə olunub. Onun sözlərinə görə, bu əməkdaşlıq İranın Şimal-Cənub beynəlxalq dəhlizi boyunca iqtisadi mövqeyini möhkəmləndirə və yüklərin tranzit imkanlarını artıra bilər.
Qeyd edək ki, Rəşt-Astara marşrutu bu dəhlizdə ən mürəkkəb və həyati vacib həlqələrdən biri sayılır.
Oxşar xəbərlər
DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
2026-cı il futbol üzrə dünya çempionatının qalibinə kuboku FİFA prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp təqdim edəcək. BAKU.WS "Report"a istin...