Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə 5-ci Tbilisi İpək Yolu Forumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycanla Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq əsasında hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Baş nazirlər iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələri nəzərdən keçiriblər.
*** 13:00
Tbilisidə Azərbaycan və Gürcüstanın baş nazirlərinin qapalı görüşü keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın Baş nazir Əli Əsədov Tbilisidə hökumət binasına gəlib.
Onu Gürcüstanın Baş naziri İrakli Kobaxidze qarşılayıb.
Daha sonra tərəflər arasında qapalı təkbətək görüş başlayıb.
Qalereya
Oxşar xəbərlər
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib
Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna oktyabrın 22-də Bakıdakı Zəfər parkını ziyarət edib. BAKU.WS xəbər verir ki, burada qonağın şərəfinə...
