Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR

Sahibkarlıq və kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş torpaq sahələri satışa və icarəyə çıxarılacaq.
BAKU.WS-in məlumatına görə, torpaq müsabiqə və hərracları 5 noyabrda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunacaq.
Budəfəki hərracda təqdim olunan torpaq sahələri əsasən Sumqayıt, Gəncə, Göyçay, Bərdə, Tərtər, Şəmkir, Cəlilabad və Şəki rayonlarında yerləşir. Bu torpaqların bir hissəsi sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulub, digər hissəsi isə kənd təsərrüfatı və heyvandarlıq məqsədləri üçün icarəyə veriləcək.
Satışa çıxarılan torpaq sahələrinin qiymətləri yerləşdiyi zonadan və məqsədindən asılı olaraq dəyişir. Sumqayıt şəhərində sahibkarlıq məqsədli icarə torpaqlarının sahəsi 58 kv.m-dən 2376 kv.m-ə qədər dəyişir, illik icarə haqqı isə 435 manatdan başlayır.
Gəncə və Göyçayda fərdi yaşayış evi üçün nəzərdə tutulan torpaqların ilkin satış qiyməti müvafiq olaraq 9520 və 3640 manatdır.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə qiymətlər daha münasibdir - Tərtər rayonunda 1 hektar sahə 300 manat illik icarə haqqı ilə təklif olunur.
Torpaq sahələri haqqında ümumi məlumatı təqdim edirik:
№ | Ərazi və Bələdiyyə | Torpaq sahəsi | Status | Müddət | İlkin qiymət (₼) | Məqsəd |
---|---|---|---|---|---|---|
1 | Sumqayıt şəhəri – Sumqayıt Bələdiyyəsi | 58 kv.m | İcarə | 10 il | 435 | Sahibkarlıq |
2 | Sumqayıt şəhəri – Sumqayıt Bələdiyyəsi | 2376 kv.m | İcarə | 10 il | 17 820 | Sahibkarlıq |
3 | Sumqayıt şəhəri – Sumqayıt Bələdiyyəsi | 110 kv.m | İcarə | 10 il | 825 | Sahibkarlıq |
4 | Sumqayıt şəhəri – Sumqayıt Bələdiyyəsi | 324 kv.m | İcarə | 10 il | 2 430 | Sahibkarlıq |
5 | Gəncə şəhəri – Nizami Bələdiyyəsi | 595 kv.m | Satış | – | 9 520 | Fərdi yaşayış evi |
6 | Göyçay rayonu – Göyçay Bələdiyyəsi | 200 kv.m | Satış | – | 3 640 | Fərdi yaşayış evi |
7 | Bərdə rayonu – Qarayusifli Bələdiyyəsi | 3.7 ha | İcarə | 5 il | 1 295 | K/t məhsulları istehsalı |
8 | Tərtər rayonu – Tərtər Bələdiyyəsi | 700 kv.m | Satış | – | 7 700 | Fərdi yaşayış evi |
9–11 | Tərtər rayonu – Qaraağacı Bələdiyyəsi | 1 ha (hər biri) | İcarə | 20 il | 300 | K/t məhsulları istehsalı |
12 | Tərtər rayonu – Buruc Bələdiyyəsi | 16 ha | İcarə | 10 il | 4 800 | K/t məhsulları istehsalı |
13 | Tərtər rayonu – Buruc (Yenikənd) | 4.91 ha | İcarə | 10 il | 1 473 | K/t məhsulları istehsalı |
14 | Şəmkir rayonu – Zəyəm Bələdiyyəsi (Bayramlı k.) | 2.1 ha | İcarə | 15 il | 388.5 | Heyvandarlıq |
15–19 | Cəlilabad rayonu – Uzuntəpə Bələdiyyəsi | 3.2–18 ha | İcarə | 15 il | 320–1800 | Heyvandarlıq |
20 | Cəlilabad rayonu – Gülməmmədli (Ətcələr k.) | 3.2 ha | İcarə | 15 il | 816 | K/t məhsulları istehsalı |
21 | Cəlilabad rayonu – Gülməmmədli (Gülməmmədli k.) | 4.2 ha | İcarə | 15 il | 1 071 | K/t məhsulları istehsalı |
22 | Cəlilabad rayonu – Günəşli Bələdiyyəsi | 400 kv.m | Satış | – | 6 800 | Sahibkarlıq |
23 | Şəki rayonu – Turan Bələdiyyəsi | 3 ha | İcarə | 15 il | 150 | Heyvandarlıq |
Oxşar xəbərlər
"Hayal Kahvesi"ndə müştərini aldadıblar? - Qalmaqal yaradan iddia
Məşhur "Hayal Kahvesi" məkanında müştərinin 1+1 kampaniyası zamanı aldadıldığına dair irəli sürülən iddia sosial mediada geniş müzakirələrə səbəb olub. Paylaşıl...
