SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Yerevana səfər edəcək.

V.Putin Ermənistan paytaxtında bir-iki saat qalacaq, tədbirdə iştirak edib, ölkəsinə dönəcək.

Məlumata görə, V.Putin hətta rəsmi şam yeməyinə belə qatılmayacaq: “Ermənistan tərəfi ikitərəfli görüş üçün xahiş etsə də, Rusiya tərəfi baş nazir Nikol Paşinyanla görüşdən hələ ki imtina edib”.

Qeyd edək ki, oktyabrın 2-də Yerevanda Avrasiya İqtisadi İttifaqının zirvə toplantısı keçiriləcək. Qaydalara görə həmin tədbirdə üzv ölkələrin dövlət başçıları iştirak edir. Bu baxımdan Rusiya liderinin də toplantıya qatılması gözləniləndir.
BAKU.WS