Paşinyan: İlham Əliyevə zəng vurardım, amma məndə nömrəsi yoxdur...

Paşinyan: İlham Əliyevə zəng vurardım, amma məndə nömrəsi yoxdur...
Siyasət 4919
Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktovla görüşüb və ona geniş müsahibə verib. Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri bu müsahibənin fraqmentlərini yayır. Müsahibədə Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə tanışlığına da toxunub. Bildirib ki, Moskvada Rusiya prezidenti Vladimir Putin onları tanış edib, amma təəsüf ki, bu tanışlıq “effektli olmayıb”.Venediktov qeyd edib ki, Putin əvvəllər bir neçə dəfə Azərbaycan prezidenti və Ermənistan rəhbərliyi arasında görüş təşkil edib. “Gələcəkdə də hansısa belə format mümkündürmü?”- o soruşub.“Mən futbol üzrə Dünya Çempionatının açılışı üçün Moskvada olanda Vladimir Vladimiroviç Azərbaycan prezidenti ilə bizi tanış etdi. Biz onunla tanış olduq. Sadəcə olaraq problem ondadır ki, təəsüflər olsun, bu tanışlıq o qədər də effektli olmadı”-Paşinyan cavab verib.Paşinyanın sözlərinə görə, İlham Əliyev də bu günlərdə NATO sammitində iştirak edib, amma onlar bu sammitdə heç bir-birləri ilə salamlaşmayıblar da. “...Sadəcə olaraq...belə alındı da”-Ermənistan baş naziri deyib.Venediktovun erməni liderin İlham Əliyevə zəng vura biləcəyi barədə qeydinə Paşinyan belə reaksiya verib: “Bilirsinizmi, bəli, bu yaxşı ideyadır, amma məndə onun telefon nömrəsi yoxdur”.Bundan sonra Venediktov vəd edib ki, Əliyevlə görüşəndə ona belə sual verəcək: “Azərbaycan kompromisə hazırdırmı?” və Paşinyan üçün ondan telefon nömrəsi xahiş edəcək.Virtualaz.org

Oxşar xəbərlər

Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib

Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.BAKU.WS “news.am” saytına istinadən xəbər ve...

1772 Siyasət 08:56 17 iyun 2018

Son xəbərlər