Putin Paşinyanın görüş təklifini rədd etdi
19
sen
2019
14:45
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.BAKU.WS report-a istinadən xəbər verir ki, Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Yerevana səfər edəcək.V.Putin Ermənistan paytaxtında bir-iki saat qalacaq, tədbirdə iştirak edib, ölkəsinə dönəcək.Məlumata görə, V.Putin hətta rəsmi şam yeməyinə belə qatılmayacaq: “Ermənistan tərəfi ikitərəfli görüş üçün xahiş etsə də, Rusiya tərəfi baş nazir Nikol Paşinyanla görüşdən hələ ki imtina edib”.Qeyd edək ki, oktyabrın 2-də Yerevanda Avrasiya İqtisadi İttifaqının zirvə toplantısı keçiriləcək. Qaydalara görə həmin tədbirdə üzv ölkələrin dövlət başçıları iştirak edir. Bu baxımdan Rusiya liderinin də toplantıya qatılması gözləniləndir.
Oxşar xəbərlər
Pekində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq
Aprelin 26-da Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq. BAKU.WS Rusiya KİV-lərinə istinadən xəbər ve...