5 yaşlı uşaq ICE tərəfindən saxlanılıb

5 yaşlı uşaq ICE tərəfindən saxlanılıb
Dünya 84

ABŞ-nin Minnesota ştatında miqrasiya əməliyyatı zamanı beş yaşlı uşağın saxlanılması geniş ictimai narazılıq doğurub. Məktəb rəhbərliyi və ailənin vəkilinin verdiyi məlumata görə, ABŞ Gömrük və Miqrasiya Mühafizəsi (ICE) agentləri uşağı babasının saxlanılması zamanı nəzarətə götürüblər.

BAKU.WS xəbər verir ki, hadisə yanvarın 20-də baş verib. Məktəbəqədər yaşlı Liam Ramos atası Adrian Alexander Conejo Arias ilə birlikdə evinin qarşısında olarkən ICE əməkdaşları tərəfindən saxlanılıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə uşağın hədəf alınmadığını, atanın qaçarkən övladını tərk etdiyini iddia edib.

Columbia Heights Dövlət Məktəblərinin direktoru Zena Stenvik beş yaşlı uşağın saxlanılmasını qəbuledilməz adlandıraraq, bunun travmatik nəticələrə səbəb olduğunu bildirib. ICE isə uşağın dondurucu hava şəraitində təhlükəsizliyinin təmin edildiyini və ailə üzvlərinə təhvil verilməsi üçün cəhd göstərildiyini açıqlayıb.

Ailəni təmsil edən vəkil Marc Prokoşun sözlərinə görə, uşaq və atası hazırda Texas ştatının San-Antonio şəhərindəki saxlanma mərkəzindədir. Onların 2024-cü ildə Ekvadordan ABŞ-yə sığınacaq üçün müraciət etdikləri bildirilir.

Hadisə fonunda ABŞ-də miqrasiya siyasəti və ICE-in fəaliyyəti yenidən kəskin müzakirə mövzusuna çevrilib.

Son xəbərlər