47 yaşlı Berdan Mardini 23 yaşlı sevgilisi ilə evləndi

Müğənni Berdan Mardini, 2 ildir eşq yaşadığı sevgilisi Dilara Talay ilə evlənib.
BAKU.WS xəbər verir ki, sənətçi sadə bir məclislə 23 yaşlı Dilara ilə ailə qurub. Nigah Başakşehirdə baş tutub.
Berdan "Sadə bir mərasim istəmişdik hər ikimiz. Hamı Parisdə, Romada, Afinada evlənir, biz də Başakşehiri seçdik. Başakşehir də xaric sayılır" deyərək bildirib.
Nigahın Başakşehir Bələdiyyəsi başqan müavini Ahmet Melik rəsmiləşdirib.
Cütlüyün arasındakı yaş fərqi müzakirələrə səbəb olub. Belə ki, Dilara Talay 23, Berdan Mardini isə 47 yaşındadır.
Məlumat üçün bildirək ki, ifaçı 2010-cu ildə Fatoş adlı qadınla ailə qurub. 2021-ci ildə onların yolları ayrılıb. Buna səbəb Fatoşun Berdana illər etdiyi xəyanətinin ifşa olunması olub.
Xatırladaq ki, Berdan Mardini "Senden Çocuğum Olsun", "Mardin Kapı Şen Olur", "Sorarım Sorarım" kimi mahnılarla məşhurlaşıb.


Oxşar xəbərlər
KİV: Putin Ukraynaya hazırkı cəbhə xəttində atəşkəs təklif edir
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh razılaşması üçün hazırkı cəbhə xəttində atəşkəs təklif edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu ba...