VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 5 fələstinli ölüb, 350-si müxtəlif dərəcəli xəsarət alıb.

BAKU.WS-in məlumatına görə, bu barədə yerli mətbuata Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib. Onun sözlərinə görə, İsrail ordusunun açdığı atəş nəticəsində 5 fələstinli ölüb, 117-si güllə yarası almaqla, 350 fələstinli yaralanıb. Ümumilikdə isə iğtişaşlar zamanı 922 fələstinli yaralanıb, onlardan 218-i güllə yarası alıb.

Qeyd edək ki, keçən həftənin cümə günü fələstinlilər Qəzza zolağının sərhədində "Böyük Qayıdış Yürüşünə başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

BAKU.WS