Qəzza zolağında qarşıdurma: 16 ölü yüzlərlə yaralı

Qəzza zolağında qarşıdurma: 16 ölü yüzlərlə yaralı
Siyasət 1226
Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 16 nəfər ölüb, 600-dən çox insan xəsarət alıb.BAKU.WS-in verdiyi xəbərə görə, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.Məlumata əsasən, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra gərginləşib. İsrail hökuməti vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb. Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib.BAKU.WS

Son xəbərlər